MDB ölkələrində belə müasir tibb mərkəzi tapmaq çətindir


Siyasət 06 Okt 2018 21:39:00 353 0

MDB ölkələrində belə müasir tibb mərkəzi tapmaq çətindir

Mən ilk dəfədir ki, sizin ölkənizdəyəm. Forum ərəfəsində biz Azərbaycan Milli Onkologiya Mərkəzinin Uşaq Klinikası, şüa terapiyası, reanimasiya və intensiv terapiya şöbələri ilə, buradakı müasir avadanlıqla tanış olduq, müalicə proseslərini izlədik. Əslində biz gördüklərimizdən yaxşı mənada heyrətləndik. MDB ölkələrində belə müasir tibb mərkəzi tapmaq çətindir. Onkologiya Mərkəzinin mehriban kollektivi mənə xoş təsir bağışladı. Ümid edirəm ki, bizim gəlişimiz yerli mütəxəssislərə endoskopiyanın və ümumilikdə tibbin səviyyəsini yüksəltməyə mümkün qədər kömək olacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri jurnalistlərə Azərbaycanın paytaxtında keçirilən II Bakı Endoskopik Forumunun iştirakçısı, Moskva Kliniki Elmi Mərkəzin operativ endoskopiya şöbəsinin müdiri, tibb elmləri namizədi İvan Nedolujko bildirib.

"Bu cür elmi-praktik konfransların faydasını dəyərləndirmək çox çətindir. Praktika göstərir ki, bu konfranslarda iştirak etmək bəzən elmi fəaliyyətin özündən daha faydalıdır. Eyni zamanda, bu, həkimlər üçün də effektlidir. Belə ki, bu konfranslar yüksəkixtisaslı yardım göstərməkdən ötrü həkimlərə zəruri olan yeni nəzəri biliklər almağa, peşəkar bacarıq və vərdişlərin təkmilləşdirilməsinə şərait yaradır", - deyə İ.Nedolujko qeyd edib.