Qan analizi ilə bədən saatınızı kəşf edin


Digərləri 06 Okt 2018 21:20:00 249 0

Qan analizi ilə bədən saatınızı kəşf edin

Amerikanın Şimal-Qərb Universitetində aparılan işlərin nəticəsində bədənin bioloji saatının neçə olduğunu təxminən bir saat yarımda ölçən bir qan analizi hazırlandı.

Son.az deyerler.org-a istinadən bildirir ki, bu analizlə gün ərzindəki gerçək saatla bədənimizin hiss etdiyi saatın uyğunluğu təyin olunur. Bədən saatı gerçək saatla uyğunlaşma içində deyilsə, bu vəziyyət ürək narahatlığı, alzheimer ya da diabet kimi xəstəliklərə səbəb olur. Bioloji saatdakı natarazlığın nizamlanması bəzi xəstəliklərin daha yaxşı müalicə edilməsini təmin edir.

PNAS jurnalında nəşr olunan araşdırmanı aparan alimlərdən biri Rosmari Braun bildirdi ki, bioloji saatın bütün növdən bioloji müddətləri, aclıq hiss edilən zamanı, immun sisteminin aktiv olduğu zamanı və qan təzyiqinin yüksək olduğu zamanı təşkil edir.