Kredit götürərkən diqqət edilməli


Digərləri 06 Okt 2018 21:25:00 258 0

Kredit götürərkən diqqət edilməli

Əksər vaxt insanlar həyatda qısa müddət ərzində rahat yaşamaq, bəzən də başqalarından geri qalmamaq üçün ehtiyacı olan və ehtiyac kimi gördüyü şeyləri əldə etməyə can atırlar.

Son.az moneta.az-a istinadən bildirir ki, amma, unutmamaq lazımdır ki, düşünmədən ehtiyacımız olmayan şeyləri alarsaq bir müddət sonra ehtiyacımız olan şeyləri satmaq məcburiyyəti ilə qarşı qarşıya qalarıq. Ona görə də kredit götürərkən bir sıra məqamlara diqqət etmək lazımdır. Onlardan 6 vacib meqama aşağıda nəzər salaq.

1. Unutmaq lazım deyil ki, kredit hədiyyə deyil, müəyyən faiz qarşılığında geri qaytarılması şərti ilə verilmiş pul vəsaitidir.

Ona görə də ehtiyacınızdan artıq kredit götürməyin. Çünki, götürdüyünüz pulu faizi ilə birgə geri qaytarmalısınız.

2. Məsləhət odur ki, gəlir götürə biləcəyiniz sahələrə görə kredit götürəsiniz.

Hansısa bir ev əşyasını bir müddət sonra nağd formada da almaq olar.

3. Əgər tarixçənizin korlanmasını və həyat şərtlərinizin pisləşməsini istəmirsinizsə kredit götürərkən gəlir və xərclərinizi dərindən analiz etməyiniz vacibdir.

4. Hər bir halda yerli valyutada kredit götürməyiniz məqsədə uyğundur.