Niyə İmam Zeynülabidinə “bimar imam” deyirlər?


Digərləri 06 Okt 2018 21:15:00 249 0

Niyə İmam Zeynülabidinə “bimar imam” deyirlər?

İmam Zeynül-abidin (ə) Kərbəla müsibəti zamanı və ondan bir qədər sonra müvəqqəti olaraq xəstələnmişdi. Allahın məsləhəti bu idi ki, o həzrət Kərbəlada döyüş meydanına çıxmasın və sağ qalsın, bununla da imamət nəsli davam etsin. İmamın xəstəliyi müvəqqəti olsa da, təəssüf ki, mövhumatçı şəxslərin xəyalında o həzrət daimi xəstə kimi təsəvvür edilir. "Bimar" (yəni xəstə, naxoş) ləqəbi əsasən, mərsiyə və rövzələrdə o həzrətə verilib. Lakin İmama bu ləqəbi vermək yanlışdır. Çünki həzrət qısa müddət ərzində xəstələnmiş, amma bu vəziyyətdə öz imamət vəzifəsini icra etmiş, bundan sonra isə sağalmışdı.