Sumqayıtda gimnaziyada biabırçılıq:


Digərləri 06 Okt 2018 21:16:00 245 0

Sumqayıtda gimnaziyada biabırçılıq:

Sumqayıtda internat tipli gimnaziyada direktor müvini dayəni döyərək xəstəxanalıq edib. Hər halda zərəçəkmiş qismində xəsətəxanaya yerləşdirilmiş şəxs özü belə iddia edir. Qarşı tərəf isə baş verənlərə münasibət verməkdən boyun qaçırıb.

Sumqayıtda direktor müavini dayəni döyüb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, insident Sumqayıt şəhər İnternat tipli Gimnaziyanın direktor müavini Aytən Əliyeva ilə həmin məktəbdə dayəlik edən Sevil Həsənova arasında olub. Zərərçəkmiş Sevil Həsənovanın sözlərinə görə, o növbədə olarkən, internatın çətin tərbiyə ounan uşaqlarından biri çarpayını qırıb. Bundna sonra həmin uşağın valideyni Gimnaziyaya dəvət olunub. Zərərçəkmiş iddia edir ki, uşaqdan direktor müavini Aytən Əliyevanın təkidi ilə ona qarşı izahat alınıb.

Dayə Sevil Həsənova qərəzli izahatı araşdırarkən, direktor müavini Aytən Əliyeva ilə aralarında mübahisə olub. Bu zaman direktor müavini dayəni təhqir edərək onu döyüb. Qadın zərbənin gücündən yıxılaraq baş nahiyəsindən ağır xəsarətlər alıb.


Xəbərə aid video