Amerikan şirkəti “Versace”ni aldıqdan sonra adını dəyişir


Digərləri 06 Okt 2018 21:05:00 224 0

Amerikan şirkəti “Versace”ni aldıqdan sonra adını dəyişir

"Michael Kors Holdings" 2,12 milyard dollara "Versace"nin alınması ilə bağlı xəbəri təsdiq edib. İtaliyan moda evinin alınmasından sonra, kompaniyanın adı "Capri Holdings Limited"ə dəyişdiriləcək.

Son.az facemark.az-a istinadən bildirir ki, yeni ad İtaliyanın Kapri adasının şərəfinə qoyulacaq.

"Michael Kors Holdings Limited - lüks markaları birləşdirən qlobal bir markadır. Marka İtalyan moda evi- Gianni Versace SpA-nın xüsusi səhmlərinin alınması üzrə yekun müqavilənin imzalanmasını elan edir. Bu, ümumi 1,83 milyard avro və ya 2,12 milyard dollardır", - deyə şirkətin açıqlamasında deyilib.