Rumıniyanın sabiq naziri və sabiq prokuroru


Dünya 06 Okt 2018 20:18:00 236 0

Rumıniyanın sabiq naziri və sabiq prokuroru

Rumıniyanın sabiq turizm və regional inkişaf naziri Elena Udrea və iqtisadi cinayətlərlə mübarizə üzrə sabiq prokuroru Alina Bika siyasi sığınacaq üçün müraciət etdikləri Kosta-Rikada Rumıniya hökuməti tərəfindən İnterpola ünvanlanmış müraciət əsasında saxlanılıblar. Hər iki sabiq məmur Rumıniyada korrupsiyada ittiham olunublar və həbs cəzası alıblar. Onlar istintaqın bitməsini gözləmədən ölkəni tərk edərək Kosta-Rikadan siyasi sığınacaq istəyiblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sabiq məmurlar 2015-ci ildən Rumıniya Antikorrupsiya Departamenti tərəfindən pulların yuyulması, yalançı bəyanatların verilməsi ittihamları üzrə dindiriliblər. Hüquqşünasların fikrincə, Rumıniya ilə Kosta-Rika arasında ekstradisiya ilə bağlı sazişin olmadığına görə məmurları Rumıniyaya göndərmək çətin olacaq.