Bakıda DYP maşını ilə taksi toqquşdu


Digərləri 06 Okt 2018 19:59:00 335 0

Bakıda DYP maşını ilə taksi toqquşdu

Bu gecə səhərə yaxın, saat 4 radələrində Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az bakupost.az-a istnadən bildirir ki, Füzuli küçəsi 53 ünvanında (Heydər Əliyev adına Respublika Sarayının yanı) 99 YP 361 dövlət nömrə nişanlı Dövlət Yol Polisi maşını ilə taksi kimi istifadə olunan "Opel Zafira" markalı avtomobil toqquşub. Nəticədə "Opel" maşını alovlanıb, DYP avtomobili isə Qış Parkına girib.

Qəza zamanı polis əməkdaşı ağır xəsarət alıb. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, vəziyyətinin ağır olduğu deyilir.

"Opel Zafira" maşınının sürücüsünə gəlincə, o, yüngül xəsarətlə qurtulub. Hər iki avtomobil yararsız hala düşüb.


Xəbərə aid video