İstifadəçilər “Windows”dan şikayət edirlər


Digərləri 06 Okt 2018 20:02:00 258 0

İstifadəçilər “Windows”dan şikayət edirlər

İtmiş faylları bərpa etmək üsulu axtarılır.

"Windows" istifadəçiləri yeniləmədən sonra faylların itməsindən şikayət edirlər. İstifadəçilər "Windows 10 October 2018 Update" yeniləməsini quraşdırdıqdan sonra qovluqlardan faylların itməsini qeydə alıblar. Bəzi istifadəçilər sosial şəbəkə və "Reddit" portalında bu barədə post dərc edərək şikayət ediblər.

"Life.ru" saytı yazır ki, onların sözlərinə görə, sözügedən yeniləməni quraşdırdıqdan sonra bəzi istifadəçilərdə "Şəkillər", "Yükləmələr", "Sənədlər" və "Musiqi" qovluqlarında yerləşən bütün fayllar, sadəcə, itir.