Adını dəyişərək 20 min manatlıq soyğunçuluq etdi VİDEO


Digərləri 06 Okt 2018 19:58:00 240 0

Adını dəyişərək 20 min manatlıq soyğunçuluq etdi  VİDEO

Bakıda onlayn alış-veriş saytlarında qızıl-zinət əşyaları satanlara qarşı soyğunçuluq edən şəxs tutulub. Məlum olub ki, özünü qızıl alverçisi kimi qələmə verən şəxs bu çirkin əməlini törətməkdən ötrü adını da başqa deyirmiş.

Adını dəyişərək 20 min manatlıq soyğunçuluq edib.

Hadisə paytaxtın Nərimanov rayonunda baş verib. Onlayn alış-veriş saytlarında qızıl-zinət əşyaları satanbir qadın ''102'' xidmətinə məlumat verib ki, Nadir adlı bir nəfər ona zəng vuraraq qızıl almaq istədiyini bildirib. Daha sonra onlar görüşüb Nadir kimi tanınan şəxs qadını aldadaraq ondan 20 min manat dəyərində qızl əşyaları alıb.

Məlumatla əlaqədar Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilən əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli, özünü Nadir kimi təqdim edən Xırdalan şəhər sakini Arif Bayramov saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, Arif Bayramov qızıl-zinət əşyaları satan qadınla əlaqə saxlayaraq paytaxt ərazisində bir neçə qızıl satışı dükanının olduğunu bildirib və onda olan qızılları almaq istədiyini deyib. Qadın Gəncədə olduğunu deyərək qızılları əmisi vasitəsilə göndərəcəyini qeyd edib. Avqustun 26-da saxlanılan şəxs Nərimanov rayonunda qadının əmisi ilə görüşüb. Bu zaman Arif Bayramov qızıl əşyalarının qaşlarını yoxlatdırmaq məqsədilə onları götürərək aradan çıxıb. İstintaq zamanı Arif Bayramovun daha 3 nəfərin qızıl-zinət əşyalarını eyni üsulla ələ keçirdiyi məlum olub.

Faktla bağlı Arif Bayramov barəsində soyğunçuluq maddəsi ilə cinayət işi başlanılıb. Onunbaşqa cinayətlərdə iştirak etdiyi də istisna edilmir.


Xəbərə aid video