Berluskoni Putinin ad gününə gedib


Dünya 06 Okt 2018 19:41:00 259 0

Berluskoni Putinin ad gününə gedib

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Rusiya prezidenti Vladimir Putinin ad günü mərasimində iştirak etmək üçün Moskvaya gedib.

Son.az "Report"a istinadən bildirir ki, o bu barədə "Facebook" sosial şəbəkəsində yazıb və təyyarədə şəklini paylaşıb.

"Təyyarə ilə dostum Vladimir Putinin ad gününə gedirəm. Fürsətdən istifadə edərək bütün mühüm beynəlxalq problemləri müzakirə edəcəyəm", - deyə Berluskoni yazıb.