Bakıda İsrail vətəndaşı olan din xadiminin evini sökürlər


Digərləri 06 Okt 2018 19:43:00 312 0

Bakıda İsrail vətəndaşı olan din xadiminin evini sökürlər

Ravvin Moşe Kuşon İsrail vətəndaşıdır, artıq 25 ildir Bakıda yaşayır və sinaqoqda xidmət edir. Onun Rəsul Rza küçəsi 40-dakı 3-otaqlı mənzildə bir otağı-şəxsi mülkiyyəti var. Digər iki otaq keçmiş bakılı olan və hazırda xaricdə yaşayan ABŞ vətəndaşı Moşe Reznikə məxsusdur. Ancaq ravvin sahibinin etibarnaməsi ilə onlardan da istifadə edir. Ən əsası odur ki, mənzil sinaqoqun bilavasitə yaxınlığında yerləşir və bəzi dini mərasimlərin icrası üçün istifadə olunur.

Son.az virtualaz.org-a istinadən bildirir ki, budur, indi evi sökürlər və haqqin.az saytının qəbul otağına müraciət edən ravvin Moşe Kuşonun, otaqların uzunmüddətli istifadə üçün Bakının yəhudi icmasına verilməsi və ya ona sinaqoqun yanında mənzil ayrılması barədə müxtəlif instansiyalara etdiyi bütün müraciətləri nəticəsiz qalıb.

Nə Bakının, nə də Nəsimi rayonunun icra hakimiyyətləri, hətta. onlara müraciət edən şəxsin evi öz hesabına təmir edəcəyi, həm də bunun küçənin arxitektura görünüşünə xətər yetirməyəcəyi barədə vədinə belə reaksiya vermirlər. Yeri gəlmişkən, o bir dəfə artıq təmir edib: həm də təkcə öz mənzilini yox, binanın bütün fasadını da...