İnsan orqanizmi “CocaCola”ya necə reaksiya verir? VİDEO


Digərləri 06 Okt 2018 19:12:00 282 0

İnsan orqanizmi “CocaCola”ya necə reaksiya verir?  VİDEO

Bu gün bir çox həkim və mütəxəssislər zərərli içkilərin insan sağlamlığına öldürücü təsiri ilə bağlı həyəcan təbili çalırlar. Xüsusən də dünyanın əksər ölkələrində məşhur olan "Coca-Cola"nın zərərləri barədə daha çox yazılır.

Buna baxmayaraq milyonlarla insan bu içkidən istifadə etməkdə davam edir. Öz mənfəətlərini güdən "Coca-Cola"nın sahibləri isə hər il milyardlar qazanırlar. Onlar bu zərərli içkini satmaq üçün hər cür vasitəyə əl atırlar. Məsələn, onlar Meksikada yaşayan yerli mayya qəbiləsini inandırıblar ki, insan bədənində olan zərərli ruhlar "Coca-Cola"nı içdikdən sonra çıxan qazlar vasitəsilə insan bədənindən xaric olurlar. Buna inanan cahil insanlar da süfrələrindən "Coca-Cola"nı əskik etməməyə çalışırlar, hətta onu ilahi içki hesab edirlər.

Həşəratların qənimi: dərman əvəzinə "Coca-Cola"

Son.az medicina.az-a istinadən bildirir ki, "Coca-Cola"nın necə zərərli tərkibə malik olmasını hindistanlı fermerlər daha yaxşı bilirlər. Belə ki, Hindistanın cənubundakı əyalətlərdə kəndlilərin tarlalarda zərərli həşəratlara qarşı dərman əvəzinə "Coca-Cola" içkilərindən istifadə edirlər. Sözügedən bölgələrdə yaşayan minlərlə hindli pambıq və bibər tarlalarında ziyanverici həşəratlara qarşı "Coca-Cola" içkilərindən zəhərli dərman olaraq istifadə edirlər.

Kumar adlı kəndlinin sözlərinə görə, Hindistanda ziyanverici həşəratlara qarşı zəhərli dərmanların qiyməti baha olduğu üçün, onun əvəzinə "Coca-Cola" içkilərindən istifadə olunur.

Onun sözlərinə görə, "Coca-Cola" içkiləri dərmanlardan daha ucuz və effektivdir: "Tarlamda böcəklər olan zaman "Coca-Cola" içkilərindən dərman kimi istifadə edirəm. Effektiv təsirə malikdir, çox məmnunam. Dərmandansa "Coca-Cola" daha sərfəlidir. Tarladakı həşəratları öldürmək üçün dərmanın effekti çox təsirli olmur. Ancaq tarlaya "kola" səpən kimi həşəratlar dərhal ölürlər".

Halbuki "Coca-Cola" şirkəti istehsal etdikləri məhsulların içərisində həşəratlara zərər verə biləcək heç bir zəhərli maddənin olmadığını israr edir.

"Coca-Cola"nın səbəb olduğu 12 xəstəlik: xərçəng, hipertoniya...

Təəssüf ki, bir çoxumuz "Coca-Cola" və onun kimi içkilərin yaratdığı asılılıq, səbəb olduğu xəstəliklər barədə çox az məlumatlıyıq. İçərkən dadından doymadığımız bu qazlı içki əslində bir çox xəstəliyə yol açır. Məşhur yazıçı Karen Hill "Bəsdir! Artıq pəhriz saxlamaq istəmirəm" adlı kitabında bu içkilərin səbəb olduğu 12 xəstəlik haqqında danışıb. Karen Hil insanların kolaya olan asılılığından da bəhs edib.

Beləliklə, "Coca-Cola"nın səbəb olduğu 12 xəstəliyi təqdim edirik:

1- Çox kökəlmə və yağlanma 2- Qaraciyər zədələnməsi 3- Diş çürüməsi 4- Böyrək daşları və xroniki böyrək xəstəliyi 5- Asit turşusu 6- Sümük əriməsi 7- Hipertoniya 8- Ürək xəstəliyi 9- Həzm pozğunluğu 10- Alzheimer (yaddaş itkisi) 11- Xərçəng 12- Şəkər Xəstəliyi

"Coca-Cola"nı içən zaman orqanizmimizdə nələr baş verir?

"Coca-Cola" içkisinin insan səhhətinə zərərli təsiri elm adamları tərəfindən də sübut olunub. Onun orqanizmə necə təsir göstərdiyini aşağıda daha aydın görə bilərsiniz:

Kolanı içdikdən 10 dəqiqə sonra orqanizmə 10 çay qaşığı şəkər daxil olur (bu isə gündəlik normadır), yalnız ürək bulanmır, çünki fosfor turşusu onu boğur.


Xəbərə aid video