Tez çirklənən saçların çarəsi


Digərləri 06 Okt 2018 19:16:00 271 0

Tez çirklənən saçların çarəsi

Saçlar insanın ən təbii aksesuarıdır. Uzunluğu və qısalığından asılı olmayaraq sağlam və təmiz saçlar hər zaman gözəl görünür.   Bəzi insanlar saçlarının tez çirklənməsindən şikayətçidirlər. Xüsusilə də qadınlar bu mövzuya daha həssas yanaşırlar. Tez çirklənməyə bir çox faktor səbəb ola bilər. Dəqiq məlumatı təbii ki müayinədən sonra həkim deyə bilər.   Adətən gündəlik edilən yanlış vərdişlər də buna səbəb ola bilər.

Son.az medicina.az-a istinadənsaçları qorumaq və tez çirklənməyin qarşısını almaq üçün bir sıra üsullar təqdim edir:   Qaynadılmış və ya təmizlənmiş sudan istifadə etmək məsləhətdir.

Kimyəvi maddələri azaldın. Saçların xüsusi baxımı üçün istifadə olunan kremlər saçların tez çirklənməsinə səbəb olur.

Şotka daraqlardan istifadəni dayandırmaq yaxşı olardı. Digər daraqlardan istifadə edərkən, darağı saçın dibinə toxundurmayın.