"Həkim isə sakitcə ölməyimi gözləyirdi" – Bakıda yanlış müalicədən


Digərləri 06 Okt 2018 19:03:00 255 0

"Həkim isə sakitcə ölməyimi gözləyirdi" – Bakıda yanlış müalicədən

Tatyana Kolesnikova Bakıda yaşayır, 2 uşaq anasıdır. 2016-cı ildən ona xərçəng xəstəliyi diaqnozu qoyulub. Bakıda 1 il kimyaterapia kursu alan pasiyent vəziyyətinin getdikcə pisləşdiyini görüb, media və insanlardan kömək istəmişdi.

Son.az media.az-a istinanədən pasiyentin müalicə hekayəsini təqdim edir.

" 2016-cı ildə süd vəzimdə bərkimə, kütlə hiss etdim. Poliklinikada ginekoloq süd axacaqlarının şişməsi, dolması diaqnozu qoyub, müalicə yazdı. Bir müddət öncə qızımı əmizdirmişdim, düşündüm ki, düz deyir. 2 kurs müalicədən sonra yaxşılaşma görmədim. Yalnız 6 aydan sonra ginekoloq məni USM- ə göndərdi. USM göstərdi ki, süd vəzidə nahamar konturlu törəmə var. Məni Onkoloji mərkəzə yolladılar, orda həyatımın dəhşətli sözünü eşitdim: II dərəcəli süd vəzi xərçəngi. Belə çıxırdı ki, mən yarım il səhv diaqnozla vaxt itirmişdim və şiş metastaz vermişdi.

Mən diaqnoza inanmayıb, əmin  olmaq üçün Samaraya qohumlarımın yanına getdim. Təəssüf ki, orda diaqnozum təsdiqləndi və təcili əməliyyat tövsiyyə etdilər. Orda əməliyyat olub, Bakıya, Onko mərkəzə gəldim ki, kimyaterapiya alım. Burda onkoloq mənə herseptin adlı bahalı preparat təyin etdi, bu dərman mərkəzin balansında yox idi, özüm almalıydım. Mən imkansızlıqdan başqa dərmanla kimya terapiya, daha sonra şüa aldım.

Artıq müalicəyə pulum yox idi, ona görə prezidentə və Mehriban xanıma məktublar yazdım. Mənə cavab gəldi ki, bu cavabla baş onkoloqa yaxınlaşın. Azad Kərimov mənim məktubumun kənarına

" Hər şey pulsuzdur" qeydini yazıb yenidən həkimin yanına göndərdi. Ondan sonra analiz, KT, EKQ pulsuz olundu. Amma kimyaterapiya dərmanı üçün yenə də 100-200 manat ödəyirdim.

2017-ci ilin dekabrında məndə güclü öskürək başladı. Məni MRT edib dedilər ki, süd vəzidən ağciyərlərə metastaz yayılıb. Onu isə kəsmək olmaz. Yenidən kimyaterapiya başlamalıydı. Həkim təcili Herseptin preparatı tapmağımı dedi. Preparatın biri 1000 manat idi. Mən məcbur olub xeyirxah insanların dəstəyi ilə internetdən və ətrafımdan pul toplamağa başladım. Dərmanın pulu hissə-hissə yığıldıqca, alırdım. 6 kimyaterapiyadan sonra şiş daha da böyüyürdü, öskürək güclənirdi, halım düzəlmirdi.

Mən xahiş etdim ki, bu preparata həssaslıq testini edək. Testdən sonra məlum oldu ki, mənim genlərim bu dərmana reaksiya göstərmir. Herseptin heç bir təsir etmirmiş. Deməli, 6 kursa 6000 manat pul çölə atılmışdı.


Xəbərə aid fotolar