Tezliklə kabus görməyə başlayacaqsınız


Digərləri 06 Okt 2018 19:06:00 323 0

Tezliklə kabus görməyə başlayacaqsınız

Mövsümi keçidlərdə insanlarda səhərlər yuxudan oyana bilməmək problemi başlayır ki, bu da xüsusən işləyən şəxslər üçün ciddi məsələdir.

Son.az medicina.az-a istinadən bildirir ki, nevroloji uzmanların sözlərinə görə, insanlar ömürlərinin üçdə birini yuxuda keçirir. Rahat yuxu isə sağlam insan deməkdir.

Buna görə də məktəbə getməyən uşaqlar 12, ibtiai sinif şagirdləri 10, yuxari sinif şagirdləri 9, yeniyetmə, gənc və yuxarı yaş kateqoriyasından olan şəxslər isə 8 saatlıq yuxu rejiminə əməl etməlidirlər.  Əks halda az yatmaq infarkt, insult, hüceyrələrin səbəbsiz ölümü kimi problemlərə yol aça bilər.

Yuxu pozuntusu problemi müasir dövrdə əksər insanlarda müşahidə olunur ki, bu, nəfəs almaqda çətinlik, ayaq və qıçlarda narahatlıq yaradır. Bundan başqa, həmin şəxslər kabus və qarabasmalar görməyə başlayır.

Normal yuxu yatmayan insanlar sabahı gün yorğun, unutqan və əsəbi olur. Bütün günü yatmaq istəyir. Yuxarıda sadaladığımız problemlər sizdə də varsa, deməli yuxu pozuntusu sindromu ilə qarşı-qarşıyasınız.

BƏS BUNUNLA NECƏ MÜBARİZƏ APARMALI?