Hər dəfə yeməkdən sonra etdiyiniz 5 zərərli vərdiş –


Digərləri 06 Okt 2018 19:09:00 274 0

Hər dəfə yeməkdən sonra etdiyiniz 5 zərərli vərdiş –

Sağlam qidalanma təkcə faydalı qidaları seçib yeməkdən ibarət deyil. Çox az insanlar yemək qəbulundan sonra nə etdiyinə heç fikir də vermir.   Bilmirlər ki, yeməkdən sonra mədədə gedən proseslər vacib məqamdır və onun yaxşı getməsi üçün  işinə qarışmamaq lazımdır. Biz isə uşaqlıqdan yaranmış düzgün hesab etdiyimiz, əslində isə zərərli vərdişlərimizlə hər yeməkdən sonra orqanizmimizi təhlükə altına qoyuruq.

Son.az medicina.az-a istinadən yeməkdən sonra uzaq durmalı olduğunuz vərdiş və qidaları təqdim edir.  

1.Yeməkdən sonra meyvə yemək

Az qala ənənə halını alan bu meyvə yemək mərasimi dünyanın ən səhv qaydalarından biridir. Kim yeməkdən sonra meyvənin faydalı olduğunu bildirib məlum deyil, amma kökündən yanlışdır.   Təsəvvür edin, mədə qızarmış kartof, ət, makaron həzm etməklə məşğuldur, ona uyğun şirəsini ifraz edib, üstündən mədə şirəsini artıran meyvə gəlir. Meyvələr gec həzm olur, mədə turşuluğunu pozur. Nəticədə gəyirmə, köp, yanma və həzm pozğunluğu yaranır.

Yaxşı olar ki, meyvələr səhər yeyilsin. Onlar qida sisteminə tonus verib, günorta yeməyi üçün daha çox şirə sekresiya olunmasına səbəb olacaq. Gecə yatmazdan əvvəl də meyvə yemək olmaz , bu mədə üçün ağır yükdür.

2.Çay içmək

Yeməkdən sonra dərhal çay süfrəsi açmaq da süfrə etiketindədir. Çay tərkibinə görə dəmiri blok edir və onun mənimsənilməsinə mane olur. Yeməkdən sonra çay içmək ailə üzvlərini qanda dəmir çatışmazlığına düçar edir. Hemoqlobini az olanlar bu vərdişi də tərgitsin.

Çay yeməkdən ən azı 1 saat sonra içilməlidir. Yaxşı olar gün ərzində qida qəbulu arasındakı müddətdə içilsin.