Kərkükdə ərəblər türkləri sıxışdırır


Dünya 06 Okt 2018 18:32:00 275 0

Kərkükdə ərəblər türkləri sıxışdırır

İraqın türkmənlər yaşayan Kərkük bölgəsində yerli əhali əraziyə sonradan köçürülən ərəblər tərəfindən sıxışdırılır. Tarixən məskunlaşdıqları boş ərazilər türkmənlərin əlindən alınıb, ərəbləşdirmə siyasəti başlayıb.

Son.az bildirir ki, bu barədə virtualaz.org-a türkmən millətçisi, İraq Nazirlər Komitəsinin Kərkükdəki siyasi məhbusların (Səddam Hüseyn rejimi dövrünün məhbusları) işi üzrə bürosunun hüquqşünası Əli Zeynal bildirib.

Onun sözlərinə görə, əvvəllər kürdlərin hökmranlıq etdikləri türkmən məhəllələrində artıq iki həftədir ki, ərəblər tərəfindən 100-dən artıq heç bir sənədi olmayan ev tikilir. Bələdiyyələrlə məxsus torpaqdalarda gecəqonduların inşasına Kərkük valisinin vəkili Rakan Əl-Cuburi dəstək verir.

"Türkmənlər sıxışdırılır, beləliklə İraqda, xüsusilə də Kərkükdə varlığımız, milli kimliyimiz təhlükə altına düşür. Vali həmin qəsəbələrə sahib çıxmır. Ədəm bölgəsi, Kərkük Luna parkının arxası ərəblərə verilib. Biz türkmənlər əlsiz-qolsuz, sahibsiz qalmışıq. Türkmən partiyaları buna etinasız yanaşmamalıdır. Kimsə bunlara dur deməlidir!", - deyə Ə. Zeynal bildirir.