Rusiyada 2 il əvvəl itkin düşən Azərbaycan vətəndaşının qətlə yetirildiyi məlum olub


Digərləri 06 Okt 2018 18:36:00 267 0

Rusiyada 2 il əvvəl itkin düşən Azərbaycan vətəndaşının qətlə yetirildiyi məlum olub

Rusiyada iki il əvvəl itkin düşən Azərbaycan vətəndaşının qətlə yetirildiyi məlum olub.

Son.az Report-a istinadən bildirir ki, Şirvan şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Ramal Fərman oğlu 2016-cı ilin aprelin 23-də Rusiyanın İrkutsk şəhərində itkin düşüb.

Belə ki, 32 yaşlı azərbaycanlı evdən çıxaraq işlədiyi İrkutsk şəhərinin mərkəzi bazarına gedib və bir daha geri qayıtmyıb. Bir müddət əvvəl Rusiyanın hüquq-mühafizə orqanlarına Ramal Əliyevin digər azərbaycanlı tərəfindən qətlə yetirildiyi barədə məlumat daxil olub.

Mərhumun atasının bildirdiyinə görə, oğlu İrkutsk şəhərində yerləşən mənzillərdən birində görüşəcəyi şəxs tərəfindən baş nahiyəsindən çəkiclə vurularaq qətlə yetirilib. Daha sonra meyit evdən çıxarılaraq şəhər kənarında qarın altında gizlədilib. DNK analizi nəticəsində tapılan meyitin Ramal Əliyevə məxsus olduğu aydınlaşıb.


Xəbərə aid foto