Qalmaqallı uşaq nağılının müəllifi: "İlyas Tapdıq və Vaqif Yusifliylə məsləhətləşmişdim"


Digərləri 06 Okt 2018 18:10:00 327 0

Qalmaqallı uşaq nağılının müəllifi: "İlyas Tapdıq və Vaqif Yusifliylə məsləhətləşmişdim"

Bir müddət öncə sosial şəbəkələrdə və mətbuatda müzakirə mövzusuna çevrilmiş "İlanlı dərənin sirri" nağılının müəllifi Gülzar İbrahimova məsələyə münasibət bildirib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, xanım yazar sözügedən nağılı on beş il öncə qələmə aldığını deyib:

"Mənə çatan xəbərə görə yazdığım "İlanlı dərənin sirri" nağılım kimsə tərəfindən müzakirəyə qoyulub.  Nəzərinizə çatdırıram ki, nağılı 15 il bundan əvvəl yazmışam. Tarixi nağıl olduğuna görə və Türk xaqanlığından bəhs edildiyinə görə onu 10 il bundan əvvəl tanınmış professor Qara Namazovla, ondan sonra uşaq yazıçısı İlyas Tapdıqla və sonra da tanınmış tənqidçi Vaqif Yusifoğlu ilə məsləhətləşəndən sonra kitab şəklində çap etdirmişəm. 

Nağıl böyüklər üçün nəzərdə tutulub. Burda xainlik, şər-böhtan, yalan, fitnə var. Sonda isə bütün nağıllarda olduğu kimi şər məhv olur, xeyir qalib gəlir.