Qazax rayon Polis Şöbəsində polis veteranları ilə görüş keçirilib (FOTO)


Digərləri 06 Okt 2018 17:52:32 296 0

Qazax rayon Polis Şöbəsində polis veteranları ilə görüş keçirilib (FOTO)

Qazax rayon Polis Şöbəsində polis veteranları ilə ənənəvi görüşlərdən biri keçirilib.

Bakı. Ölkəmizdə polis veteranlarının təcrübəsindən, bilik və bacarıqlarından daha geniş və səmərəli istifadə edilir. Onların ictimai təhlükəsizliyin təminində, cinayətlərin profilaktikası və açılmasında, təqsirləndirilən şəxslərin axtarışı tədbirlərinin planlaşdırılmasında, şəxsi heyətin təlim-tərbiyəsində, peşəkarlıqlarının artırılmasında, əhali arasında hüquqi biliklərin təbliğində fəaliyyətləri güclənib. Qazax rayon Polis Şöbəsində polis veteranları ilə ənənəvi görüşlərdən biri keçirilib. DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə tədbiri giriş sözü ilə Qazax RPŞ-nin rəisi, polis polkovniki Ədalət Əliyev açıb. O, qeyd edib ki, bu gün cəmiyyətimizdə polis veteranlarına, onların təcrübələrinə böyük ehtiyac var. Bir sıra xarici qüvvələrin pozuculuq fəaliyyətinə, xüsusilə müxtəlif dini cərəyanların yeniyetmə və gənclər arasında təbliğinin qarşısının alınmasında, narkomaniyaya qarşı mübarizədə onların yardımı əvəzolunmazdır.