Rusiyalı gimnast: Bakıda Milli Gimnastika Arenasında çıxış etmək çox xoşuma gəldi


Digərləri 06 Okt 2018 17:17:49 213 0

Rusiyalı gimnast: Bakıda Milli Gimnastika Arenasında çıxış etmək çox xoşuma gəldi

Rusiyalı gimnast Veronika Timakova Aerobika Gimnastikası üzrə 4-cü Azərbaycan Çempionatı və Bakı Birinciliyindəki çıxışından razı qalıb.

Bakı. Cani Babayeva - Rusiyalı gimnast Veronika Timakova Aerobika Gimnastikası üzrə 4-cü Azərbaycan Çempionatı və Bakı Birinciliyindəki çıxışından razı qalıb. Gimnast Trend-ə bildirib: "Bakıda Milli Gimnastika Arenasında çıxış etmək çox xoşuma gəldi. Hər şey yaxşı keçdi, məşqçi məni çıxışıma görə alqışladı. Zalın böyük olmasına baxmayaraq, çıxış etmək elə də çətin deyildi. Burada geniş tamaşaçı kütləsi var, onlar bizi fəal şəkildə dəstəkləyir, bu isə yaxşı nəticələr əldə etməyə kömək edir". V.Timakova Bakıya ilk dəfədir ki, gəlir və şəhərin gözəl olduğu qənaətindədir: "Biz şəhəri gəzdik, görməli yerlərə baxdıq, hər şey xoşumuza gəldi. Bakı - gözəl şəhərdir". Bu gün Milli Gimnastika Arenasında Aerobika Gimnastikası üzrə 4-cü Azərbaycan Çempionatı və Bakı Birinciliyi start götürüb.