“BMW” Rusiyaya satdığı bu avtomobilləri geri çağırdı


Digərləri 06 Okt 2018 16:12:00 226 0

“BMW” Rusiyaya satdığı bu avtomobilləri geri çağırdı

Almaniyanın "BMW" şirkəti 2017-ci ilin yanvarından bu vaxta qədər Rusiyaya satdığı "Mini Countryman" avtomobillərini geri çağırıb.

Son.az Qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb həmin avtomobillərdə yüksək təzyiq nasosunun qoruyucu korpusunun olmamasıdır.

Həmin problemin aşkarlandığı 467 avtomobilin sahiblərinin şirkətin Rusiyadakı təmsilçisi olan "Russland Trading"ə müraciət etməsi istənilib.