Ana camaatın içində qızını vəhşicəsinə döydü


Dünya 06 Okt 2018 15:49:00 234 0

Ana camaatın içində qızını vəhşicəsinə döydü

Ana 35 yaşlı qızını kənd camaatının gözü qarşısında vəhşicəsinə döyüb.

Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Quatemalanın San Antonio kəndində baş verib. Buna səbəb Tomosa Tsok Tipaz adlı qadının kənddəki mağazaların birindən oğurluq etməsi olub.

Qızın anasından sonra isə kəndin bələdiyyə sədri Marika Lukasqadını şallaqlayıb. Kənd sakinləri oğurluq etdiyi üçün qadını qınaq atəşinə tutub, bəziləri isə hadisəni mobil telefonları vasitəsilə çəkiblər.

Cəzadan sonra isə 35 yaşlı qadın ağlaya-ağlaya ayağa qalxaraq anasını qucaqlayıb. Ona bu cəza yerli məhkəmə tərəfindən verilib.