Rusiyadan olan tamaşaçı: Milli Gimnastika Arenasının binası çox gözəldir


Digərləri 06 Okt 2018 15:19:00 239 0

Rusiyadan olan tamaşaçı: Milli Gimnastika Arenasının binası çox gözəldir

Aerobika gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyinin təşkilatçılığı yüksək səviyyədədir.

Bakı. Cani Babayeva - Aerobika gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyinin təşkilatçılığı yüksək səviyyədədir. Bunu Trend-ə yarışı izləyən rusiyalı tamaşaçı Danil İvanov deyib. O bildirib: "Biz Rusiyadan qızımız İrina İvanovaya azarkeşlik etmək və dəstək verməyə gəlmişik. O, fərdi üçlük proqramında çıxış edir. Bakıda bu turnirin təşkilatçılığı yüksək səviyyədədir. Biz Rusiyada bir çox belə yarışlarda olmuşuq. Milli Gimnastika Arenasının binası çox gözəldir, içərisi isə möhtəşəmdir". Danil İvanov qeyd edib ki, qızına bu sənəti verməkdə heç də peşman deyil: "Biz aerobikanı seçmişik və qızımızla qürur duyuruq". Tamaşaçı deyib ki, Bakını gəzməyi və şəhərin gözəlliklərini görməyi planlaşdırır: "Burada insanlar qonaqpərvər, səmimi və qayğıkeçdirlər. Azərbaycana böyük təşəkkür edirik".