Bakıda II Robot Olimpiadası keçirilir (FOTO)


Digərləri 06 Okt 2018 14:43:03 276 0

Bakıda II Robot Olimpiadası keçirilir (FOTO)

Bakı İdman Sarayında (Azneft dairəsi) Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda II Robot Olimpiadası keçirilir.

Bakı. Ceyhun Ələkbərov - Bakı İdman Sarayında (Azneft dairəsi) Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və "Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda II Robot Olimpiadası keçirilir. Trend-in məlumatına görə, Olimpiadanın açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, məqsəd gənclərin robot texnologiyalara marağın artırılması, bu sahədəki bacarıqlarına dəstək verməkdir. 8-19 yaşlı yeniyetmə və gəncləri əhatə edən yarışlarda 20 təhsil müəssisəsindən 54 komanda iştirak edir. Yarışlar 4 kateqoriya üzrə keçirilir və yekunda qalib komandalar 16-18 noyabr 2018-ci il tarixlərdə Tailand Krallığında keçiriləcək Dünya Robot Olimpiadasında iştirak hüququ qazanacaq.