Qətər-2022-də stadionda soyutma sistemi olacaq


İdman 06 Okt 2018 14:23:00 316 0

Qətər-2022-də stadionda soyutma sistemi olacaq

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında texnologiyanın ən son nailiyyətlərindən biri tətbiq olunacaq.



Goal.az xəbər verir ki, mundial ərzində stadionlarda soyutma sistemlərindən istifadə ediləcək. Bu sistemin köməkliyi ilə su buxar şəklində xüsusi soyuducu başlıqlardan keçərək, birbaşa arenaya daxil olacaq və həmin ərazidə havanın temperaturunun 20 dərəcəyə qədər aşağı düşməsinə şərait yaradacaq.

Artıq yeni texnologiya 48 min azarkeş tutumuna malik “Doha Xəlifə” stadionunda sınaqdan keçirilib və uğurlu nəticə əldə olunub. Qətər rəhbərliyi bu sistemdən istifadə etməklə ölkədəki isti hava şəraitindən (yay aylarında 42-45, qış aylarında isə 25-30 dərəcə) şikayət edən yığmaların narazılığına birdəfəlik son qoymaq istəyir.

Qeyd edək ki, DÇ-2022 ilk dəfə payız aylarında – 21 noyabr – 18 dekabr tarixlərində keçiriləcək.