"Mətanət A" şirkəti "Böyük Dönüş" layihəsi çərçivəsində Cocuq Mərcanlıda aparılan tikintiquruculuq işlərinə dəstək verəcək


Digərləri 06 Okt 2018 13:55:00 350 0

"Mətanət A" şirkəti "Böyük Dönüş" layihəsi çərçivəsində Cocuq Mərcanlıda aparılan tikintiquruculuq işlərinə dəstək verəcək

"Mətanət A" şirkəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə həyata keçirdiyi Böyük Dönüş" layihəsi çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış istixanalarda və arıçılıq təsərrüfatlarında istehsal edilən məhsulların satışı ilə bağlı keçirilən tədbirdə iştirak edib. Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində birgə layihələrin icrasının Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin daha bir nümunəsi olduğunu vurğulayıb. Nazir müavini belə layihələrin icrasının kəndlərdə məşğulluğun təmin olunmasında, rayonun sosial-iqtisadi inkişafı sahəsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.

"Böyük Dönüş" layihəsi çərçivəsində Cocuq Mərcanlıda aparılan tikinti-quruculuq, yeni istehsal sahələrinin yaradılması, ixstixanaların  qurulması, kənd  təsərrüfatının müxtəlif  sahələrinin təkmilləşdirilməsi istiqamətində  "Mətanət A" şirkəti də istehsal etdiyi məhsullarla dəstək göstərəcəkdir. Sement və gips əsaslı məhsulların  Azərbaycanda ilk istehsalçısı olan şirkət ən son texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsulları  ilə  Cocuq  Mərcanlıda yeni sənaye sahələrinin yaradılmasında öz tövhəsini verəcək.


Xəbərə aid fotolar