Müsəlman ofisiant Britaniyada qəhrəman oldu


Digərləri 06 Okt 2018 13:49:00 270 0

Müsəlman ofisiant Britaniyada qəhrəman oldu

"Qəhrəmanlıq və ya igidlik etdiyimi düşünmürəm. Ani, instinkt səviyyəsində olan əməl idi".

24 yaşlı Riyad əl Həssani belə deyir.

Son.az Daily Mail-ə istinadən bildirir ki, müsəlman ofisiant Britaniya ilə yanaşı, Avropanın ən tanınmış iş adamlarından birinin, "Eurotonnel"in sabiq direktoru, 91 yaşlı ser Robert Malpasın həyatını xilas edib.

London metrosunun "Central Line" xəttindəki Merbl Arç stansiyasında qatar gözləyən R.Malpasa qəflətən arxadan yaxınlaşan 46 yaşlı Pol Krossli onu itələyərək relslərin arasına yıxıb.

Bunu həmin vaxt stansiyanın perronunda olan Riyad görüb. Riyad aşağı atılıb və Malpası çıxarıb.

3-4 dəqiqə sonra hadisə yerinə gələn polislər P.Krosslini həbs ediblər.


Xəbərə aid fotolar