"Mətanət A" şirkəti Müəllimlər Günü münasibəti ilə növbəti sosial lahiyəsini həyata keçirib


Digərləri 06 Okt 2018 13:35:00 267 0

"Mətanət A" şirkəti Müəllimlər Günü münasibəti ilə növbəti sosial lahiyəsini həyata keçirib

"Mətanət A" şirkəti evlərindən uzaqda, ucqar bölgələrimizdə dərs deyən fədakar müəlimlərin həvəsləndirilməsi məqsədi ilə növbəti  sosial layihəsinə imza atıb. Belə ki, Biləsuvar sakini, fizika müəlliməsi Aytac İbrahimova hər gün kilometrlərlə məsafəni qət edərək öz ali peşəsini layiqincə yerinə yetirir.

"Mətanət A" şirkəti Müəllimlər Günü münasibəti ilə fədakar müəlliməmizə istehsal etdiyi tikinti materiallarından istifadə etməklə müəllimənin sinif otağını təmir edərək ona hədiyyə etmişdir.

Aytac İbrahimovanın sözlərinə görə, şagirdlərinə yeni təmir olunan sinif otağında dərs keçmək indi daha rahat və stimulvericidir. Aytac müəllimə tədris etdiyi fənn otağının təmirini Müəllimlər Günündə aldığı ən dəyərli hədiyyə hesab etdiyini vurğulayıb. Eyni zamanda Məktəbin direktoru Ərəstun Vəliyev də fizika otağının təmirinə görə "Mətanət A" şirkətinə minnətdarlığını bildirərək, müəllimlər günündə bundan gözəl hədiyyə olmadığını diqqətə çatdırıb.


Xəbərə aid fotolar