Aerobika Gimnastikası üzrə Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyi başlayıb (FOTO)


Digərləri 06 Okt 2018 12:36:00 392 0

Aerobika Gimnastikası üzrə Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyi başlayıb (FOTO)

6 və 7 oktyabr tarixlərində Milli Gimnastika Arenasında Aerobika Gimnastikası üzrə 4-cü Azərbaycan Çempionatı və Bakı Birinciliyi keçiriləcək.

Bakı. 6 və 7 oktyabr tarixlərində Milli Gimnastika Arenasında Aerobika Gimnastikası üzrə 4-cü Azərbaycan Çempionatı və Bakı Birinciliyi keçiriləcək. Bu barədə Trend Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir. Bu idman növünün ölkəmizdə qısa inkişaf yolu keçməsinə baxmayaraq, artıq ikinci dəfədir ki, çempionat açıq elan olunub və Beynəlxalq Gimnastika Federasiyası tərəfindən beynəlxalq yarış kimi təsdiqlənib. Bu da o deməkdir ki, medallar uğrunda gedən mübarizədə yerli gimnastlarımız meydançanı xarici gimnastlarla da bölüşəcəklər. Ötən il olduğu kimi bu il də Bolqarıstan və Rusiyadan, həmçinin ilk dəfə olaraq, Ukrayna və Qazaxıstandan gimnastların qatılacağı turnir artıq rəqabətin yüksək olacağını vəd edir.