Ani ona xəyanət edən ərindən boşanır


Digərləri 06 Okt 2018 12:24:00 329 0

Ani ona xəyanət edən ərindən boşanır

Ukraynanın xalq artisti Ani Lorak ona xəyanət edən əri, türkiyəli iş adamı Murat Nalçacıoğludan boşanır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Kiyev Notarius Xidməti məlumat yayıb.

Bildirilib ki, sənətçidən 4 oktyabr tarixində quruma məktub ünvanlanıb. O, Kiyevdəki əmlaklarının siyası barədə ofisə məlumat verib və həyat yoldaşı ilə boşanma prosesində olduğunu qeyd edib.

Qeyd edək ki, yayda M. Nalçacıoğlu ilə model Yana Belyaevanın səmimi görüntüləri yayılmışdı. Bundan sonra Ani qızı ilə birgə evdən getmişdi.


Xəbərə aid fotolar