İki məşhur xanım arasında söz davası


Digərləri 06 Okt 2018 12:14:00 289 0

İki məşhur xanım arasında söz davası

Türkiyənin iki məşhur siması - İşın Karaca və Seren Serengil arasında qalmaqal yaranıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Seren instaqramda İşın və Emel Sayının konsert afişasını yayıb və Karacanı Ebru Yaşara bənzədib. Bu paylaşım tanınmışlar arasında gərginliyə səbəb olub.

İşın sosial şəbəkədə "Nə şirin bir addım, hər zaman mənə dəstək olan Seren konsertimin reklamını edib. Təbii ki, hamı bu səhnələrə çıxa bilmir. Qızcığaz sağ olsun, həmin an afişanı paylaşıb.  6 ayın konsert təqvimini yollasam, yenə paylaşar?", - deyə Serenə cavab verib.