İmişlidə yeni doğulan körpə iki gün sonra öldü


Digərləri 06 Okt 2018 11:44:00 228 0

İmişlidə yeni doğulan körpə iki gün sonra öldü

İmişli rayonunda yeni doğulan körpə ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, İmişli rayon sakini, 2000-ci il təvəllüdlü Şahbazlı Nəzrin Saleh qızı oktyabrın 3-də gecə saatlarında doğuş sancıları ilə İmişli rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Qadın xəstəxanada oğlan uşağı dünyaya gətirib. Uşaq oktyabrın 6-da gecə saat 1 radələrində xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son.az