"Ölürdüm, ərim məni xilas etdi"


Digərləri 06 Okt 2018 10:04:00 310 0

"Ölürdüm, ərim məni xilas etdi"

"Ölüm ayağında idim. Həkimlər dedilər ki, böyrək transplantasiyasına ehtiyacım var. Ərim Ervin donor oldu".

Məşhur sənətçi Tina Törnerin "Tina Turner's My Love Story" adlı avtobioqrafik kitabı çap olunub.

Son.az bildirir ki, Tina Törnerin yazdığına görə, 2016-cı ilin dekabrında onun böyrəklərində fəsadlar yaranıb. Böyrəklər funksiyasını 20 faiz yerinə yetirirdilər.

"Həkimlər çıxış yolunu müntəzəm dializlərdə gördülər. Amma sonra bəlli oldu ki, transplantasiya əməliyyatı qaçılmazdır. Sağ idim, yaşayırdım, amma yaşamım həyat deyildi. Böyrəklərim normal olmadığından qanım daim zəhərlənirdi. Ölümümə az qalmışdı. Ervinə dedim ki, ölürəm, özünə həyat qursun. O isə söylədi ki, başqa qadına ehtiyacı yoxdur. Sonra məni heyrətləndirdi, böyrəyinin birini mənə vermək istədiyini söylədi", - T.Törner yazıb.

Ürək-damar sistemində fəsadlar olan, yüksək qan təzyiqindən əziyyət çəkən Tina Törner sonucda əməliyyata razılaşıb.

O, ötən il böyrək transplantasiyasına məruz qalıb.

Donor sənətçinin əri idi.


Xəbərə aid fotolar