Azıx mağarası ilə bağlı qətnamə qəbul olundu


Digərləri 06 Okt 2018 09:49:00 263 0

Azıx mağarası ilə bağlı qətnamə qəbul olundu

Azıxantropun aşkar edilməsinin 50 illiyinə həsr olunan konfrans öz işini başa vurub.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan Son.az-a verilən məlumata görə, "Azərbaycanda Azıx mağarası və miqrasiya axınları" mövzusunda keçirilən beynəlxalq elmi konfransın iştirakçıları Mingəçevir şəhəri yaxınlığında yerləşən Qaraca paleolit düşərgəsinə arxeoloji səfər ediblər.

Qonaqlar abidədə milyon il əvvələ aid qədim insanlar tərəfindən hazırlanan çoxsaylı daş alətlərə və daşlaşmış ağac qalıqlarına baxış keçiriblər.

Sonra REA MMTİ-nin Eksperimental laboratoriya şöbəsinin baş elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Yevgeni Girya qədim insanlar tərəfindən daş alətlərin hazılanma üsulunu nümayiş etdirən eksperiment keçirib.