Çində elektrik stansiyasında dəm qazı 5 nəfərin ölümünə səbəb olub


Dünya 06 Okt 2018 08:38:00 217 0

Çində elektrik stansiyasında dəm qazı 5 nəfərin ölümünə səbəb olub

Çində elektrik stansiyasında dəm qazının sızması nəticəsində 5 nəfər ölüb, 15 nəfər isə xəsarət alıb.

Trend-in KİV-lərə istinadən verdiyi məlumata əsasən, hadisə ölkənin şimalında, Qansu vilayətində baş verib. Məlumatlara əsasən, hadisə işçilərin qazanları yoxladıqları və təmir etdikləri zaman baş verib.