5 nəfər sosial şəbəkədə yazdığı statusa görə həbs edilib


Digərləri 06 Okt 2018 08:20:00 212 0

5 nəfər sosial şəbəkədə yazdığı statusa görə həbs edilib

Vyetnamda 5 nəfər 8 ildən 15 ilədək azadlıqdan məhrum edilib. Onların sosial şəbəkələrdə yazdıqları status və öz mövqelərini dinc şəkildə ifadə etmələri hökumət əleyhinə fəaliyyət kimi qiymətləndirilib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Amnesty International" hüquq-müdafiə təşkilatı məlumat yayıb.

Qeyd olunur ki, müttəhimlər xalq hakimiyyətinin devrilməsinə yönəlmiş hərəkətlərdə müqəssir biliniblər. Qərar Vyetnam Cinayət Məcəlləsinin 79-cu maddəsi üzrə çıxarılıb.