Səudiyyə Ərəbistanı ABŞa pul ödəmək niyyətində deyil


Dünya 06 Okt 2018 08:02:00 280 0

Səudiyyə Ərəbistanı  ABŞa pul ödəmək niyyətində deyil

Səudiyyə Ərəbistanı öz təhlükəsizliyi qarşılığında ABŞ-a pul ödəməyəcək.

Son.az "Report"a istinadən bildirir ki, bunu Krallığın vəliəhdi, şahzadə Məhəmməd ibn Salman əs-Səud "Bloomberg" nəşrinə müsahibəsində ABŞ prezidentinin bu yaxınlarda Ər-Riyaddan onu müdafiə etdiyinə görə ödəniş tələb etməsinə cavab olaraq deyib.

"Əslində, biz təhlükəsizliyimizə görə heç nə ödəməyəcəyik. Hesab edirik ki, ABŞ-dan aldığımız bütün silahların pulu ödənilib, bu bizə havayı başa gəlməyib. Səudiyyə Ərəbistanı ilə ABŞ arasında münasibətlər qurulandan biz hər şeyi pul ilə alırıq", - deyə şahzadə bildirib.