Gözdə allergik xəstəliklər Mövsümlə əlaqədar


Digərləri 06 Okt 2018 07:51:00 263 0

Gözdə allergik xəstəliklər  Mövsümlə əlaqədar

Hazırda gözlərin zədələnməsi ilə gedən bu allergik xəstəliklərdən əziyyət çəkənlərin sayında nəzərəçarpacaq dərəcədə artım müşahidə olunur. İlk sırada isə allergik konyunktivit gəlir.

Son.az atv.az-a istinadən bildirir ki, oftolmoloq Leyla Qəhrəmanovanın dediyinə görə, bu xəstəliklər daha çox allergik mövsumdə baş verir və göz qapağının kəskin şişməsi, qaşınması ilə müşahidə edilir. Səbəblərə gəlincə, onun sözlərinə görə, təbiətin oyanması ilə, istilərin gəlməsi ilə yaz və yay fəsilləri alıergik konyuktivitlər artır. "Ən əsası oğlan uşaqlarında müşahidə oluur. 4-5 yaşında başlayır, 25 yşına qədər davam edə bilər. Çox vaxt uşaq yetkinlik yaşına çatanda simptomlar dayanır. Qidanın da nisbətən buna təsiri var. Belə xəstələrdə çox vaxt bronxial asma, eqzema, dəri xəstəliləri baş qaldırır. Belə uşaqlaer diatezə meyilli olurlar"-sitatın sonu.

Həkim bildirir ki, səbəblər arasında kosmetik məhsullar da var. Keyfiyyətli, keyfiyyətsiz, ucuz yaxud da bahalıliğindan asılı olmayaraq bu məhsullar allergik xəstəlikləri yaradan səbəblər arasındadır. əgər kosmetika istifadə etdikdən sonra gözdə problem hiss edilirsə həmin məhsulu dəyişmək lazımdır.