5 oktyabr Beynəlxalq Müəllimlər günüdür REPORTAJ VİDEO


Digərləri 05 Okt 2018 23:47:00 521 0

5 oktyabr Beynəlxalq Müəllimlər günüdür  REPORTAJ  VİDEO

Bu gün onların günüdür. Bizə qələm tutmağı, yazmağı, oxumağı öyrədən insanların-müəllimlərin bayramıdır.

Müəllimlərimiz qayğı və nəvazişi ilə insanlara qarşı yaxşılığı, mərhəməti aşıladı bizə.

Bir şəxsiyyət kimi formalaşmağımızda bu peşə sahiblərinin üzərimizdə böyük zəhməti və əvəzsiz xidmətləri var. Müəllim həm şagirdin daxili dünyasını zənginləşdirir, həm onu hərtərəfli tərbiyə edir, həm də savad verir. O, şagirdlərinin yaxın dostu, onların gələcəyini düşünən, düzgün addım atmaları üçün yolgöstərəndir.

Son.az bildirir ki, müəllimlik dünyanın ən çətin peşəsidir. Lakin cəmiyyətin gələcəyi onların yetişdirdiyi gənclərdən asılı olduğundan bu peşə həm şərəfli, həm də müqəddəsdir.