İntim kasetlərlə prezidentləri şantaj edən FTB şefi ŞOK FAKTLAR


Digərləri 05 Okt 2018 23:38:00 559 0

İntim kasetlərlə prezidentləri şantaj edən FTB şefi  ŞOK FAKTLAR

"Hansı məmur əlində olan şantaj dosyeləri sayəsində 48 il müddətinə ölkəsinin kəşfiyyat qurumuna rəhbərlik edə bilib" sualı ortaya çıxanda ağla yalnız Con Edqard Huver gəlir. Huver əlində olan ABŞ prezidentlərinin seks dosyeləri sayəsində 48 il müddətinə Federal Təhqiqatlar Bürosuna (FTB) rəhbərlik edib.

Son.az teleqraf.com-a istinadən bir sıra məşhur şəxslərin dünyanın üçüncü diktatoru kimi təqdim etdiyi Con Edqard Huverin dosyesini təqdim edir.

Huver FTB-nin qurucusu və ilk rəhbəri olub. 1924-cü ildən 1972-cı ilə qədər FTB-yə rəhbərlik edib. FTB-yə 25 yaşında rəhbərlik etməyə başlayıb. Hətta 1972-ci ildə vəfat edəndə belə FTB-yə rəhbərlik edirdi.

Huver ABŞ Prezidenti Kalvin Kulic dövründə FTB-yə rəhbərlik etməyə başlayıb. Daha sonra Herbert Huver, Franklin Ruzvelt, Harri Trumen, Con Kennedi, Lindon Conson, Riçard Nikson, Duayt Eyzenhaer kimi prezidentlər onunla işləməyə sadəcə məhkum olub.

Tarixi mənbələr iddia edir ki, Huverin bu sayda prezidentlə işləyə bilməsinin tək səbəbi var - şantaj.

ABŞ Prezidenti Harri Trumen 12 may 1945-ci ildə yazdığı bir qeyddə Huver və komandası haqqında "Başları dərdə girdikdə istifadə etmək üçün hər kəsin haqqında seks dosyeləri və şantaj sənədlərini ortaya çıxarırlar" yazır və "belə gedərsə bizim də Gestapomuz olacaq" deyib.

Məsələn, Kolumbiya Universitetinin media və siyasət üzrə doktoru Devid Eisenbacın "The Beltvay Unbuckled" adlı araşdırmasında qeyd edir ki, Ellen Rometsch Qərbi Almaniya zabitinin xanımı olaraq Vaşinqtonda fahişəlik edib. Onun Prezident Kennedi ilə birlikdə olduğu dövlət strukturları daxilində yayılandan sonra Kennedi prezidentlik dönəmində ən pis qalmaqalını yaşamalı olub.

Hətta 1963-cü ildə Senatın Araşdırma Komissiyası Qərbi Almaniyadan köçkün bir fahişə ilə adı hallanan Kennedinin prezidentliyini itirməsinə səbəb olacaq araşdırmalara başlayıb. Əslində isə Ellen Rometsch fahişə deyildi. Onun KQB üçün casusluq etməsinə dair şübhələri olub. Məhz bu halda Kennedi son 2 ildir vəzifədən qovmaq istədiyi FTB şefi Huverdən möhkəm yapışaraq işləri qaydaya salmasını xahiş edib.

Qəribədir ki, özünün işdən çıxarılmayacağı şərtini Kennedi qardaşlarına qəbul etdirən Huver həmin gün demokrat senator Mike Mansfeld və respublikaçı senator Everett Dirksenlə görüşüb. Bu görüşün detalları mediya üçün aydın olmayıb. Amma Huver həmin görüşdə respublikaçı və demokratların liderlərinə əlində olan dosyeləri göstərərək "əgər Kennedinin intim həyatı haqqında araşdırma dayandırılmasa Vaşinqton heç kim üçün təhlükəsiz şəhər olmayacaq" deyib. Bundan bir necə saat sonra Senat Kennedi haqqında araşdırmanı dayandırdığını elan edib.

Araşdırmaçı Devid Eisenbacın dediyinə görə, Con Kennedi bir neçə gün sonra qəzetçi dostu Ben Bradle ilə görüş zamanı "Huverin senatorlar haqqında sahib olduğu çirkli informasiyaların nə dərəcədə geniş olduğunu bilsən təəccübdən ölərdin" ifadəsini işlədib.

Huver eyni zamanda irqçiliyə qarşı çıxışları ilə dünyada məşhurlaşan Martin Lüter Kinqin bütün danışıqları, yaşam tərzi, hərəkətlərini dinləyib. Bu əməliyyat 1968-ci ildə Kinqin ölümünə qədər davam etdirilib.


Xəbərə aid fotolar