Mühəndis və alimlərin sayına görə Avropada...


Digərləri 05 Okt 2018 23:40:00 555 0

Mühəndis və alimlərin sayına görə Avropada...

Avropa İttifaqı ölkələrində işləyən mühəndis və alimlərin sayı ildən-ilə artır. Belə ki, 2017-ci ildə onların sayı əvvəlki illə müqayisədə 2 faiz artıb. Mühəndis və alimlərin ümumi sayı Aİ ölkələrində 16,5 milyon nəfərə çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İspaniyada mühəndis və alimlərin sayı 1,3 milyon nəfəri keçib. Bu, ümumilikdə onların Avropada sayının 8 faizini təşkil edir. Beləliklə, İspaniya bu göstərici ilə Fransanı (10 faiz) irəli buraxıb, lakin Polşa (7 faiz) və İtaliya (6 faiz) kimi ölkələri geridə qoyub.