Dubay 2025ci ilədək 25 milyon turist cəlb edəcək


Dünya 05 Okt 2018 23:27:00 462 0

Dubay 2025ci ilədək 25 milyon turist cəlb edəcək

Dubayın İcraiyyə Şurasının hazırladığı "Dubai Tourism Strategy" strategiyası 2025-ci ilədək 25 milyon turisti Əmirliklərə cəlb etməyə imkan verəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, strategiyaya uyğun olaraq, turist axını 2022-ci ildə 21-23 milyon nəfərdən 2025-ci ilədək 23-25 milyon nəfərədək artacaq.

Dubayın vəliəhdi və Əmirliyin İcraiyyə Şurasının başçısı şeyx Həmdan bin Məhəmməd bin Rəşid Əl-Məktum bildirib ki, Dubay dünyanın ən çox ziyarət edilən şəhəri olmaq niyyətindədir. Bu məqsədə çatmaqdan ötrü dünyanın hər yerindən səyahətçiləri cəlb edən çoxlu layihə və təşəbbüslər həyata keçiriləcək.