Rusiyalı deputatın sərsəm açıqlamasına azərbaycanlı millət vəkillərindən sərt reaksiya VİDEO
Siyasət 05 Okt 2018 23:29:00 493 0
"Dağlıq Qarabağda müharibə başlasa, bu, Azərbaycanın məhvi ilə nəticələnəcək".
Son.az bildirir ki, Rusiya Dövlət Dumasının Rusiya Dövlət Dumasının MDB ölkələri, Avrasiyaya inteqrasiya və soydaşlarla əlaqələr üzrə komitənin sədr müavini Konstantin Zatulinin məsuliyyətsiz və reallığı əks etdirməyən bu açıqlaması Milli Məclisin bu gün keçirilən iclasında sərt reaksiya ilə qarşılanıb.
Parlamentdə çıxış edən millət vəkili Çingiz Qənizadə Rusiya Dövlət Duması üzvünün açıqlamasının bu dövlətin mövqeyi olmasa da, onun daşıdığı vəzifəyə uyğun gəlmədiyini və açıq ermənipərəst bir yanaşma olduğunu vurğulayıb.
Çingiz Qənizadə bildirib ki, Zatulin və onun kimiləri erməni lobbisinin sifarişi və təlimatı əsasında Rusiya ilə Azərbaycan arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərini pozmağa cəhd göstərirlər. Ancaq Zatulinin ermənipərəst olduğu artıq hamıya məlumdur.
Millət vəkili Rasim Musabəyov da qed edib ki, Zatulin Soçidə ermənilərin yaşadığı ərazidən deputat seçilib və illər boyu erməni diasporunun pulları ilə fəaliyyət göstərən biri olub.
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov məsələ ilə bağlı "Xəzər Xəbər"ə bildirib ki, belə bir açıqlama ermənilərin və onların havadarlarının çarəsizliyinin nümayişidir. Çünki ermənilər artıq real şəkildə müşahidə edirlər ki, Moskvada onların nüfuzu günü-gündən zəifləyir. Amma Azərbaycanın mövqeyi isə güclənir. Buna görə də bu hadisə onların son çırpınışlarından başqa bir şey deyil. Bu, əslində Ermənistanın Azərbaycan diplomatiyası qarşısında məğlubiyyətinin bir nümunəsidir. /xezerxeber.az
Videonu izləmək üçün şəklə klikləyin: