Azərbaycan nefti bahalaşdı


Digərləri 05 Okt 2018 23:12:00 194 0

Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 4-də 87,51 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,55 dollar/barel çoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 4-də 86,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,56 dollar/barel çoxdur.