Bolqarıstanın ən böyük aeroportu konsessiyaya verilir


Dünya 05 Okt 2018 23:18:00 291 0

Bolqarıstanın ən böyük aeroportu konsessiyaya verilir

Böyük Britaniyanın Mançester Airport Qrup (MAG) şirkəti Sofiya aeroportunun konsessiyaya verilməsi ilə bağlı hərracda iştirak edəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, iyul ayında Bolqarıstan hökuməti Sofiya aeroportunu uzunmüddətli konsessiyaya vermək məqsədilə hərraca çıxarıb. MAG hərracda iştirakını təsdiq edən ilk şirkətdir. Konsessiya 35 illik veriləcək. Bütün xərclər 3,9 milyard avro təşkil edəcək. Aeroportun konsessiyaya verilməsinin əsas şərti buraya 600 milyon avro sərmayənin qoyulmasıdır. MAG bu şərtlə tam razı olduğunu bəyan edib. Hazırda MAG Böyük Britaniyanın üç aeroportunu - Mançester, London Stansted və East Midlandsı nəzarətinə götürüb. Mançester aeroportunun baş direktoru Sofiya hava limanının yüksək perspektivlərinin olduğu bildirib.