Mərkəzi Avropanın ən ucuz şəhəri


Digərləri 05 Okt 2018 23:05:00 212 0

Mərkəzi Avropanın ən ucuz şəhəri

İsveçrənin "UBS" bankı dünyanın 77 iri şəhərində qiymətlərin və maaşların müqayisəsi olan məlumat bazası yaradıb. Bu məlumatdan istifadə edən "index.hu" portalı Budapeştlə qonşu və Qərbi Avropanın iri şəhərlərini müqayisə edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, portalın gəldiyi nəticəyə görə, Macarıstanda orta əməkhaqqının səviyyəsi aşağı olsa da, qiymətlər daha münasibdir. Məsələn, ən yeni "iPhoneX" telefonu almaq üçün Sürixdə 4,7 gün, Budapeştdə isə 49,9 gün işləmək lazımdır.

Bundan başqa, "index.hu" yeddi peşə - aşpaz, tibb bacısı, həkim-terapevt, avtobus sürücüsü, satıcı və ibtidai sinif müəlliminə böyük ehtiyac olduğunu aşkar edib və onların əməkhaqqının müqayisəsini aparıb. "USB"-nin məlumatına görə, bu peşə sahiblərinin maaşları Bratislava, Praqa və Buxarestdəki həmkarları ilə yaxın səviyyədədir. Macarıstanda tibb bacısının maaşı İrlandiyada eyni peşə sahibinin əməkhaqqından 5,7 dəfə, Londondan isə 4,4 dəfə azdır. İldə 13 780 dollar qazanan budapeştli həkim-terapevt isə Londondakı və Berlindəki həmkarından müvafiq olaraq 8,5 və 10 dəfə az maaş alır.