İkiüç aylıq körpənin inkişafına kömək etmək üsulları


Digərləri 05 Okt 2018 23:09:00 292 0

İkiüç aylıq körpənin inkişafına kömək etmək üsulları

Hər bir valideyn, xüsusilə analar körpənin tez inkişaf etməsini, ətrafda baş verənlərə tez reaksiya verməsini arzulayır. Ancaq bunu hansı üsullarla etmək olar?

Son.az bildirir ki, həkim-pediatr Günay Rəsulova AZƏRTAC-a müsahibəsində bununla bağlı bir sıra sadə üsulların mövcud olduğunu qeyd edir. O, iki aylıq körpənin inkişafına kömək etmək üçün gənc analara bir sıra üsullar təklif edib: "Körpəni qarnı üstünə qoyub qabağında oturaraq oyuncaq sallandırın və o, başını daha uzun müddət yuxarıda tutacaq. Körpənin əlinə müxtəlif maddələrdən düzəldilmiş cisimlər, məsələn, kağız, jelatin, məxmər, ipək, neylon və s. toxundurmaqla da buna nail olmaq mümkündür. Müxtəlif səslər çıxararaq danışmaq və bununla da təkhecalı səs çıxarmasına, yəni, danışmağa cəhd etməsinə həvəsləndirmək də bu sahədə inkişafa kömək üsullarından biri sayılır. Rəngli cisimləri o tərəf bu tərəfə aparmaqla və ya barmaqlarını oyan bu yana gəzdirməklə onun diqqətini özünə cəlb etmək olar".


Xəbərə aid fotolar