"Camaat xəstəliyə tutulur" İşini yola verən təmizlik keşikçiləri VİDEO FOTO


Digərləri 05 Okt 2018 22:48:00 303 0

"Camaat xəstəliyə tutulur"  İşini yola verən təmizlik keşikçiləri  VİDEO  FOTO

Zibilin daşınmaması bir dərddirsə, daşınması ayrı bir problemdir.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, əksər yerlərdə zibil qutuları elə şəkildə təmizlənir ki, geridə təmizlik yox, natəmizlik qalır.

Bəzən isə elə də olur ki, yol kənarında olan zibil qabları təmizləndikdən sonra əslində onun üçün ayrılmış yerinə qaytarılmır və elə yolun hərəkət hissəsinə qoyub çıxıb gedirlər. Bu isə hərəkətdə olan avtonəqliyyat vasitələri üçün əsl təhlükə mənbəyinə çevrilir. Təmizlik işçiləri gördükləri işi adlarına uyğun şəkildə həyata keçirmirlər. Bu cür problemə şəhərin bir çox yerlərində rast gəlmək mümkündür.

Sakin: "Elə ki, deyirik təmiz yığ, deyir biz yerə töküləni yığmırıq. Ancaq qabdakını yığırıq. 1 saat bundan qabaq bir dənə böyük maşın gəldi, zibili yığdı, suyu axa-axa evimin yanından getdi".

Yaşayış evlərinin yaxınlığında qablara yığılan məişət tullantılarının daşınmasını həyata keçirən təmizlik işçiləri gördükləri işi başdan sovdu, necə gəldi icra edirlər. Niyəsini soruşduq və cavab belə oldu:

"Səliqəli yığırıq da. Bundan da səliqəli? Tərtəmiz edirik".


Xəbərə aid fotolar